Kino və filmlərin tarixi haqqında maraqlı dərs

       26.04.2022-ci il tarixində məktəbin ingilis dili müəllimi Mahirə Cabbarova 5 “D” sinfində əyləncəli və maraqlı dərs təşkil etdi. Kino, film tarixini əhatə edən dərsdə müəllim qədim və müasir kinolar haqqında danışdı, şagirdlərə bir neçə ümumi sual verdi. Şagirdlər keçmişdə və müasir zəmanədə çəkilən kinoları müzakirə etdilər. Kinolar haqqında hazırladıqları maraqlı təqdimatlardan sonra, Azərbaycan milli kinolarından ingilis dilində kiçik səhnələr nümayiş etdirdilər. Daha sonra “Nizami” filmindən bəzi hissələr izlənildi. Dərs maraqlı müzakirə şəklində sona çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi