“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar dəyirmi masa
“ 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova 5 "A" sinfi ilə birlikdə dəyirmi masa keçirdi. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərin "Ümumdünya Kitab və Müəlliflik Hüququ” gününün yaranması, kitabların və maarifləndirmənin, həmçinin müəlliflərin cəmiyyətimizdəki xüsusi rolundan danışmaq idi. Şagirdlər Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı yazıçılarının yaradıcılığından oxuduqları kitabları kitabxanaçı ilə müzakirə etdilər.