"23 Aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü"

     22.04.2022 - ci il tarixində məktəbin 2 “Ə“ sinfində “23 aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə təlim - tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, uşaq birliyi rəhbəri Günay Rəsulova, kitabxanaçı Fəxriyyə Cəfərova, ibtidai sinif müəllimləri Zümrüd Hüseynova və Gülnaz Əhmədova da iştirak etdilər.

     Müəllimin çıxışından sonra Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Texnologiya, İnformatika, Rus dili, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə kitabları çıxış etdilər. “Uçan xalça” və “Üç qardaş” nağıllarından ibarət səhnəciklər nümayiş olundu. “Bənövşə" rəqsi, “Kitab” şeiri, kitab haqqında deyilmiş atalar sözləri, kitab oxumağın faydaları haqqında məlumat verildi. Maraqlı, rəngarəng dekorasiya və slaydlar, əl işləri təqdim edildi. Kitabxanaçı Fəxriyyə Cəfərova da məktəbin kitabxanasından necə kitab əldə etməyin yollarını izah etdi.

     Sonda müəllim Aygün Dadaşova tədbirdə iştirak edən qonaqlara və şagirdlərə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. Bütün uşaqlara kitab oxumağı, kitabları sevməyi, kitablardan bəhrələnməyi, kitablarla dostluq etməyi söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi