"Dəqiq və etibarlı informasiya əlçatanlığı" mövzusunda təlim

   Məktəbdə "Məktəblinin dostu" layihəsinin əməkdaşlarının təşkilatçılığı ilə "Dəqiq və etibarlı informasiya əlçatanlığı" mövzusunda təlim keçirilib.

   Təlim filologiya üzrə fəlsəfə doktoru,  BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Vəfa İsgəndərova tərəfindən aparılıb.

    IX və X sinif şagirdlərini əhatə edən təlimdə çıxışçı media nədir, informasiya və media savadlılığı nəyi öyrədir, medianın ötürdüyü informasiyanın pozitiv və neqativ təsirləri, əsas araşdırma sualları, saxta informasiyadan qorunma yollarından danışıb.

    Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi