“Magic Music“ və “Possesive Pronouns“ mövzusunda nümunəvi dərs
15.04.2022-ci il tarixində məktəbin ingilis dili müəllimi Müzəyyan Şıxıyeva 5 “E“ sinfində “Magic Music“ və “Possesive Pronouns“ mövzusunda nümunəvi dərs keçirdi. Dərs interaktiv təlim metodlarına əsaslanaraq təşkil olunmuşdu. Əvvəlcə şagirdlər musiqiçilər və musiqi alətləri haqqında topladıqları məlumatları təqdim etdilər.müəllim öz növbəsində muğam janrını vurğulayaraq Şuşanı Azərbaycanın kakonservatoriyası adlandırdı. Dərsdə bir neçə muğam parçası dinlənildi. Təqdim olunan video məlumatlar ingilis dilində olduğuna görə şagirdlər daha diqqətlə qulaq asıb, anlamağa çalışırdılar. Sonra müəlllim Müzəyyan Şıxıyeva yeni dərsi izah edərək şagirdlərin dərsi necə mənimsədiklərini öyrənmək məqsədilə onlara çalışmalar verdi.