Şagirdlərlə layihə üzrə iş
Məktəbin ibtidai sinif müəllimi Aygün Dadaşova 2021-2022-ci tədris ili üçün e-Twinning-də “Come try it out for try” layihəsində iştirak etmişdir. Layihə zamanı Türkiyə, Portuqaliya, Polşa, Makedoniya, Ruminiyanı təmsil edən müəllimlər ilə birgə müəllim Aygün Dadaşova da verilən tapşırıqları icra etmişdir.
Noyabr, dekabr, yanvar, fevral, mart ayı ərzində müxtəlif çalışmalar, praktik təcrübələr, interaktiv oyunlar, broşürlər, vebinarlar və s. keçirilmişdir. Bu zaman müəllimlər bir-birilə əməkdaşlıq etmiş, öz biliklərini paylaşmış, ünsiyyət qurmuşlar.
Bu təcrübəyə əsaslanaraq müəllim 2 “Ə" sinif şagirdləri ilə birgə həmin təcrübələri təşkil etmiş, onların müstəqil işləmələrinə şərait yaratmışdır. Şagirdlər asudə vaxtlarında interaktiv oyunlarla məşğul olaraq gün rejimlərindən səmərəli istifadə etmişlər.
Layihə zamanı şagirdlər təmizlik, əsas və qarışıq rənglər, suda batan və batmayan cisimlər, ailə üzvləri ilə birgə steam çalışması, yanardağ təcrübəsi, pazl çalışmalar işləmişlər.