XI sinif şagirdləri ilə görüş

   14.04.2022-ci il tarixində məktəbin 11-ci sinif şagirdləri ilə görüş təşkil olundu. Görüşdə  2021-2022-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş buraxılış imtahanlarının nəticələri təhlil olundu. Nəticələrə əsasən məktəbin 35 nəfər şagirdi 200 baldan yuxarı nəticə göstərmiş, bir nəfər şagird isə məktəb üzrə 279 bal toplamışdır. Riyaziyyat fənni üzrə 2 şagird, ingilis dili fənni üzrə isə 1 şagirdimiz maksimum nəticə göstərmişdir.

   Görüşdə məktəbin direktoru Elçin Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və müvafiq fənlərin müəllimləri iştirak etdilər. Şagirdlərimizin hər birinə imtahanın növbəti mərhələlərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi