"Breyn Rinq" intellektual yarışı
05.04.2022-ci il tarixində məktəbin 6-cı sinif şagirdləri arasında "Breyn Rinq" intellektual yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdləri müxtəlif bilik yarışlarına stimullaşdırmaq, onların elmə, təhsilə, biliyə olan marağını daha da artırmaqdır.
Yarışda məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, və “Məktəblinin dostu“ layihəsinin məktəbdəki nümayəndələri iştirak etdilər. Sonda qaliblər sertifikatla mükafatlandırıldılar.