“ Yol hərəkət qaydaları ”

     

    29.03.2022-ci il tarixində məktəbin  4 “ E “ sinfinin müəllimi  Sevinc Hüseynova Həyat bilgisi fənnindən “ Yol hərəkət qaydaları ” mövzusunda nümunəvi dərs keçdi. Dərs zamanı şagirdlər yol hərəkət qaydalarına əməl etməyin vacibliyindən,  uşaqların kiçik yaşda bu qaydalara bələd olmağından, eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri ve intizamı, yol ayrıcılarının keçilməsi, dayanma qaydalarından bəhs olundu. Maraqlı keçən dərsin qonaqları arasında “ Canlı İşıqfor “ qrupunun rəhbəri Xalid Musayev şagirdlərlə maarifləndirici söhbətlər apardı.

     Dərsdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov iştirak edərək şagirdlərə öz məsləhətlərini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi