" İrəvan Müəllimlər Seminaryası "nın 140 illiyi ilə bağlı dəyirmi masa keçirildi
Azərbaycan Dövlət Pedaqoji Universiteninin məktəbdə praktikada olan tələbələri ilə məktəb kollektivi " İrəvan Müəllimlər Seminaryası "nın 140 illiyi ilə bağlı dəyirmi masa təşkil ediblər. Tədbirdə 8 “ A” və 8 “ C “ sinif şagirdləri , ADPU-nun tələbələri, məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavinləri Tahir Ağayev, Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, məktəbin kitabxana müdiri Alidə Hadıyeva və Fəxriyyə Cəfərova iştirak ediblər. Tədbirin açılışında məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev seminariyanın Azərbaycan təhsilində yeri və rolundan geniş məlumat verdi. O bildirib ki, bu dəyirmi masanın təşkilində hər bir tələbə məsuliyyətlə çalışıb, şagirdlərlə daimi olaraq əməkdaşlıq ediblər. O, təşkilatçı tələbələrimizə gələcəkdəki fəaliyyətlərində uğurlar arzulayıb.
Dəyirmi masanın gedişatında himn səsləndi, şagirdlər müxtəlif şeirlər söylədilər, tələbələrin şagirdlər üçün hazırladıqları maarifləndirici videoçarxlar göstərildi, şagirdlər və tələbələrin mözvu çərçivəsində dəyərli müzakirələri aparıldı.
Sonda tələbələrimiz Nəzrin Şirinova, Sürayə Heydərova, Təhminə Səfərova, Simuzər Bəylərova, Nərmin Qəfərzadə, Pərvanə Şirinova, Lalə Bərmuzi, Nərmin Həsənova məktəbin direktoru Elçin Abdullayev tərəfindən "Məktəbin sosial tədbirlərində göstərilən fəaliyyətə görə" olan "Təşəkkürnamə" ilə təltif olundular.