" Novruz gəlir, yaz gəlir " adlı tədbir

   18 mart 2022-ci il tarixində məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Günay Rəsulova VII – VIII sinif şagirdləri ilə birgə  " Novruz gəlir, yaz gəlir " adlı tədbir keçirdi. Tədbir milli  adət-ənənələrimizlə, əyləncəli viktorina ilə başladı. Daha sonra istedadlı istedadlı şagirdlərin çıxışı ilə davam etdi. Şagirdlərdən Ayxan Qasımlı, Zakir Həsənov, İsmayıl Mikayıl “ Yallı “ rəqsini, Aytac Əliyeva “ Yaşa mənim xalqım “ mahnısını, Məhəmməd Musayev, Azər Gözəlov, Aydan Quliyeva “ Darçını “ musiqisini instrumental alətdə, Vəsmə Cəfərova “ Şuşanın dağları “ rəqsini, Nurlan Abdullayev isə “ Novruz gəlir, yaz gəlir “ mahnısını sazda ifa etdilər.

     Tədbirdə həmçinin təlim - tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi