" Məişət qəzaları " mövzusu üzrə nümunəvi dərs

   15.03.2022-ci il tarixində məktəbin 4 “d“ sinfində müəllim Könül Xəlilova həyat bilgisi fənnindən "Məişət qəzaları" mövzusu üzrə nümunəvi dərs keçdi. Dərs interaktiv təlim metodlarına əsaslanaraq müasir avadanlıqlardan, elektron və əyani vasitələrdən istifadə olunaraq təşkil olunmuşdur.

     Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Leylan Yaqubova, Nərmin Məmmədova, Nübar Həsənova, Gülnarə Səmədova da iştirak etmişlər.

    Dərs zamanı məişət avadanlıqları ilə ehtiyatsız davranılarsa baş verə biləcək hadisələr haqqında söhbət açıldı. Qrup işi və müzakirə zamani şagırdlər fəallıq göstərirdilər. Yanğın zamanı əleyhqazdan və yanğınsöndürmə balonundan istifadə qaydası açıqlandı. Dərs ilaxır çərşənbəyə təsadüf etdiyi üçün sonda şagirdlərdən biri "Torpaq çərşənbəsi" haqqında məlumat verdi.

    Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və dərsdə iştirak edən müəllimlər çıxış edərək şagirdlərə və müəlliməyə öz təşəkkürlərini bidirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi