Novruz Bayramına həsr olunmuş tədbir

   17.03.2022-ci il tarixində məktəbin rus dili müəllimi Xalidə Əkbərova  V, VI və VII sinif şagirdləri ilə birgə Novruz Bayramına həsr olunmuş tədbir keçirdi. Şagirdlər rus dilində Novruzun tarixindən, adət-ənənələrindən, çərşənbələrindən geniş məlumat verdilər, yaza aid şeirlər səsləndirdilər, rəqs etdilər. Tədbirdə həmçinin məktəbin təlim–tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova və rus dili müəllimləri iştirak etdilər.

    Sonda müəllim Xalidə Əkbərova hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi və iştirak etdiləri üçün təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi