Həyat bilgisi  fənnindən " Dövlətin əlamətləri " mövzusu

    11.03.2022-ci il tarixində məktəbin 2 “g“ sinif müəllimi Gülnar Süleymanova həyat bilgisi fənnindən "Dövlətin rəmzləri" mövzusunda nümunəvi dərs keçdi. Dərs interaktiv təlim metodlarına əsaslanaraq və əyani vəsaitlərdən istifadə olunaraq təşkil olundu.

    Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və ibtidai sinif müəllimləri iştirak etmişlər.

    İlk öncə müəllim Gülnar Süleymanova klaster üsulu ilə motivasiya quraraq şagirdlərdə idrak fəallığı yaratdı. Daha sonra mövzu haqqında məlumat verərək tədqiqat sualını elan etdi. Şagirdlər qruplara bölünərək müzakirələr apardılar. Müzakirələrin nəticəsini iş vərəqlərində qeyd etdilər. Daha sonra hər qrupun təmsilçisi topladığı məlumatları bölüşdülər. Ümumiləşdirmə zamanı şagirdlər belə bir nəticəyə gəldilər ki, vətənimiz Azərbaycan Respublikasıdır. Onun əsas əlamətləri müstəqilliyi, ərazisi, rəhbəri, paytaxtı və ordusudur .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi