" Bahar bayramı " adlı tədbir

     Bakı şəhəri  üzrə Təhsil İdarəsinin 1 mart 2022-ci il tarixli F - 85 nömrəli əmri ilə təsdiq edilmiş " Bahar çələngi " layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 1 “ Ə “ sinif rəhbəri İranə Nağızadə şagirdləri ilə " Bahar bayramı " adlı tədbir keçirmişdir. Tədbirin keçirilmə məqsədi şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq , onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək idi. Şagirdlərin ifasında milli folklor nümunələri olan haxışda, bayatılar, laylalar söylənildi, rəqslər nümayiş etdirildi.

      Tədbirdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova və məktəbin ibtidai sinif müəllimləri də iştirak etmişlər.

     Sonda təlim – tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov uşaqlara öz təşəkkürünü,  müəllim İranə Nağızadəyə şagirdlərə milli adət- ənənələrimizi dərindən aşıladığı üçün xüsusi minnətdarlığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi