" STEAM " layihəsi üzrə açıq dərslər
15.03.2022 ci il tarixində məktəbdə " STEAM " layihəsini tədris edən müəllimlərdən Aytəkin Hüseynova, Gülbahar Zamanova və Xatirə Qasımovanın rəhbərliyi ilə həmin fənn üzrə VIII siniflərdə açıq dərslər təşkil olundu. Dərsin əsas məqsədi şagirdlərdə mühəndislik marağının artırılması və 3D printerdən əşyaların çap olunması üsulların öyrənilməsi idi.