" Üçrəngli bayrağım " şeiri üzrə nümunəvi dərs
14.03.2022-ci il tarixində məktəbin 1 " G " sinfində müəllim Dinar Salmanovanın Azərbaycan dili fənnindən " Vətənimizi tanıyaq " bölməsində " Üçrəngli bayrağım " şeiri üzrə nümunəvi dərs keçirildi. Dərs interaktiv təlim üsul və vasitələrindən, əyani və elektron vəsaitlərdən istifadə olunaraq təşkil olunmuşdur.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, ibtidai sinif müəllimləri Aynur Abdullayeva, Bahar Məmmədova iştirak etmişdir.