" Bayram payı" adlı tədbir

     14.03.2022-ci il tarixində məktəbin  3 " Ə " sinfində müəllim Səbinə Rəşidlinin təşkilatçılığı ilə " Bayram payı" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Nübar Həsənova, Zərifə Məmmədova, Zümrüd Hüseynova iştirak etmişlər.

   " Novruz bayramı " xalqımızın qədimdən bəri qeyd etdiyi, öz adət-ənənələri ilə həm böyüklərin, həm də kiçiklərin sevimli bayramıdır. Müəllim Səbinə Rəşidli əvvəlcə bayramda qeyd olunan adət-ənənələr haqqında şagirdlərə məlumat verdi. Şagirdlər mətndəki obrazları, adət-ənənələri əyani şəkildə göstərdilər. Novruz adətlərindən biri də yumurta döyüşdürməkdi. Kosa, keçəl obrazında olan şagirdlərimiz müəllimlərlə yumurta döyüşdürərək tədbirə rəng qatdılar.  Şagirdlər açıqca yazaraq öz əzizlərini təbrik etdilər.

      Sonda müəllimlər çıxış edərək hər kəsi bayram münasibətilə təbrik etdilər, gözəl və maraqlı keçən tədbir üçün müəllim Səbinə Rəşidliyə təşəkkürünü bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi