" Uşaqların hüquqları " mövzusunda nümunəvi dərs

    01.03.2022-ci il tarixində məktəbin 2 “ E “ sinif müəllimi Nübar Həsənova Həyat bilgisi fənnindən " Uşaqların hüquqları " mövzusunda nümunəvi dərs keçdi. Dərs interaktiv  təlim metodlarına əsaslanaraq müasir avadanlıqlardan və əyani vəsaitlərdən vəsaitlərdən istifadə olunaraq təşkil olundu.

       Dərsdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və ibtidai sinif müəllimləri iştirak etdilər.

     İlk öncə müəllim Nübar Həsənova mövzu haqqında məlumat verərək tədqiqat sualı tərtib etdi. Şagirdlər qruplara bölünərək birgə əməkdaşlıq şəklində müzakirələr apardılar, təqdimat hazırladılar. Daha sonra müxtəlif mənbələrdən topladıqları əlavə məlumatları bölüşdülər. Sonda hər kəs o nəticəyə gəldi ki, uşaqların hüquqları dövlət tərəfindən qorunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi