" Xocalı faciəsi "ni unutmadıq

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “ Tədbirlər Planı ”na əsasən fevralın 25-də ilk dərslər Xocalı soyqırımına həsr edilib.  Dərslərin bu mövzuda keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdir.

     26.02.2022-ci il tarixində Xocalı soyqırımından otuz il keçməsinə baxmayaraq xalqımız Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərini hələ də unutmur.

     Məktəbin rus dili müəllimi Xalidə Əkbərova da 5 “ G “ sinfində ilk dərsi Xocalı qurbanlarına həsr etdi. Dərs Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra müəllim Xocalı haqqında məlumat verərək şagirdlərə faciəni əks etdirən qısa video-rolik nümayiş etdirdi.  Müəllim onu da bildirdi ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və biz bu faciəni unutmamalıyıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi