" Xocalı " faciəsindən 30 il keçir

     25.02.2022-ci il tarixində məktəbin 2 “ Ə “ sinfində Təhsil Nazirliyinin " Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı ”na uyğun olaraq “ Xocalı ” faciəsinə həsr olunmuş tədbir keçirildi.

    İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər 1992-ci ilin fevralında  Xocalı şəhərində yaşayan bir ailəni kiçik səhnəcik şəklində nümayiş etdilər. Onlar bu ailənin keçirdiyi çətin günləri, ailə üzvlərinin birgə dözümlülüyünü rollar üzrə təqdim etdilər.

     Tədbirin ikinci hissəsində şagirdlər şeirlər söylədilər.  Xocalı qətliamı haqqında məlumat verdilər. Hazırladıqları qəzeti divardan asdılar. Müəllim Aygün Dadaşova “ Xocalı nişanəsi ”, “ Xocalı şahidi ”, “ Biz Vətənə qayıdırıq ” sənədli filmini, “ Sevincin hekayələri ”ni, Elnarə Xəlilovanın “ Xocalıya ədalət ” musiqisini elektron lövhədə təqdim etdi.

     Sonda sinif kollektivi məktəbin foyesində Xocalı şəhidləri üçün həsr olunmuş guşədə qərənfilləri düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi