" Xocalı fəryadı " adlı tədbir

   22.02.2022 ci il tarixində 3 " B " - "Sağlam təhsil " sinfidə müəllim  Aytən Ovçuyeva “ Xocalı “ faciəsinin törədilməsinin 30-cu ildönümü ilə əlaqədar olaraq " Xocalı fəryadı " adlı tədbir hazırladı. İlk öncə həmin gecə həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şagirdlər Xocalı sakinlərinin öz isti yuvalarında keçirdikləri son günü, şəhid analarının fəryadını  səhnələşdirmişdilər. Daha sonra " Xocalı nişanəsi " adlı video-rolik nümayiş etdirildi. Şagirdlər faciə haqqında geniş məlumatlar və Xocalıya həsr olunmuş şeirlər söylədilər.

    Tədbirdə təlim - tərbiyə işləri üzrə direktor müavinləri Aynurə Ağayeva, Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, psixoloq Vəfa Ağayeva, UBTR Günay Rəsulova və müəllimlər iştirak etdilər.

    Sonda müəllim onu bildirdi ki, bu faciə XX əsrin insanlığa qarşı törədilən ən anamsız faciələrindən birirdir.

     Xocalını unutmadıq, unutdurmarıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi