“ Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr olunmuş divar qəzetləri

    26 fevral 2022-ci il “ Xocalı “ faciəsindən artıq 30 il keçir.  Erməni dığaları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

   Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmışdır.

    XX əsrdə törədilmiş bu amasız faciəni xalqımız heç zaman unutmayacaq. Məktəblərdə də ilk dərslər “ Xocalı “ soyqırımına həsr olunub. Məktəbin foyesində “ Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr olunmuş divar qəzetləri yerləşdirilib. Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Xocalı hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər, şeirlər öz əksini tapıb. Nümayiş olunan materiallarda qəhrəmanlığın, mübarizliyin təbliği də yer alıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi