21 fevral "Beynəlxalq Ana dili Günü

    22.02.2022-ci il tarixində məktəbin Ana dili müəllimi Türkanə Məmmədova  6 " Ə " sinfində 21 fevral " Beynəlxalq Ana dili Günü " nə həsr olunmuş tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra “ Beynəlxalq Ana Dili “ münasibətilə çəkilmiş " Dilim varsa, mən də varam " adlı video çarx nümayiş etdirildi. Şagirdlər Emin Sabitoğlunun  "Şirin  dil " musiqisinin fonunda aforizmlər, hikmətli sözlər təqdim etdilər. Görkəmli şairlərimiz T.Bayramın, M.Şəhriyarın, B.Vahabzadənin " Ana dili " nə həsr etdikləri şeirləri böyük məhəbbətlə söylənildi. Ən maraqlısı da şagirdlərin obraza girərək danışarkən hansı əsl azərbaycan sözlərindən istifadə etməli olduğumuzu kiçik sərlövhələrlə nümayiş etdirdilər.

    Tədbirdə iştirak edən məktəbin psixoloqu Vəfa Ağayeva, UBTR Günay Rəsulova öz dəyərli fikir və düşüncələrini, uşaqlara olan arzularını bölüşdülər.

   Sonda şagirdlər müəllim və gələn qonaqlarla birgə xatirə şəkilləri çəkdirdilər. Tədbirin keçirilməsində məqsəd 21 fevral " Ana dili " günü tarixini şagirdlərin yaddaşında daha möhkəm saxlamaq və dilimizin saflığını qorumaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi