“ Beynəlxalq Ana Dili Günü ”nə həsr olunmuş “ Mənim Ana Dilim ” adlı ədəbi-bədii kompozisiya

   

    21 fevral 2022-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Cəfərova rəhbəri olduğu 7 “ Ç “ sinfi ilə birlikdə “ Beynəlxalq Ana Dili Günü ”nə həsr olunmuş “ Mənim Ana Dilim ” adlı ədəbi-bədii kompozisiya təşkil etmişdir.

    Tədbir çərçivəsində “ Beynəlxalq Ana Dili Günü ” nün yaranması haqqında təqdimatlar, şagirdlərin ifasında ana dilimizə həsr olunmuş S.Rüstəmxanlının “ Sağ ol,Ana Dilim ”, T.Bayramın “ Öz ana dilini bilməyənlərə ”, B.Vəhabzadənin “Ana dili ”, “ Latın dili ”, T.Qurbanın “ Ana dilim ”, S.Rüstəmin “ Dilimə dəymə ”, “ Ana dilim ”, “ Ey vətən ”, “ Şirin dil ”, “ Ana dili ”, M.Şəhriyarın “ Türkün dili ” şeirləri, ana dilinə həsr olunmuş müxtəlif esselər və maraqlı təqdimatlar, musiqi nömrələri maraqla qarşılanıb.

   Tədbirdə məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, Azərbaycan dili və tarix müəllimləri iştirak etmişlər. Tədbir zamanı natiqlər şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi