" Mənim gündəliyim " adlı oxu və yaradıcılıq adlı məktəb müsabiqəsi
16.02.2021-ci il tarixində məktəbin kitabxanasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil Idarəsi F - 061 nömrəli əmrinə əsasə şagirdlərlə " Mənim gündəliyim " adlı oxu və yaradıcılıq adlı məktəb müsabiqəsi ilə bağlı söhbət aparıldı.
Kitabxanaçı Fəxriyyə Cəfərova şagirdlərə müsabiqənin keçirilməsinin əsas məqsədi və qaydaları haqqında ətraflı məlumat verdi. Sonra şagirdlərin istəyi ilə onlar seçdikləri kitablarla təmin olundular.