“ 20 Yanvar – Hüzn Günü”

    “ 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı ”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil naziri əmr imzalamışdır. Əmrə əsasən təhsil müəssisələrində “ 20 Yanvar “ faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və " dəyirmi masa " ların da keçirilməsi nəzərdə tutulmuşdur.

     19.01.2022-ci il tarixində məktəbin 2 “ Ə “ sinfində də “ 20 Yanvar – Hüzn Günü” adlı dərs təşkil edildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra 1990-cı il yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dərs zamanı şagirdlər həmin tarixdə baş verən hadisələr,  İbrahimov İlqar Rəşid oğlu, Ülvi Yusif oğlu Bünyadzadə, Əzizov Habil Kommunar oğlu, İlqar Hümmət oğlu Əhmədov haqqında məlumat verdilər. Onlar şəhidlərə həsr olunmuş şeirlər, M.Aslanın “Ağla,qərənfil ağla”, B.Vahabzadənin “Şəhidlər” və s. söylədilər. Kiçikyaşlı məktəblilərin hər biri üzərində ağlayan qərənfil, 20 Yanvar və tank şəkli olan rəsmlərini nümayiş etdirdilər.

      Müəllim Aygün Dadaşova “ 20 Yanvar ” hadisələrindən bəhs edən video-çarx təqdim etdi. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi