“ 20 Yanvar “ faciəsindən 32 il ötür
19.01.2022 ci il tarixində məktəbin kitabxana heyəti Alidə Hadıyeva və Fəxriyyə Cəfərova “ 20 Yanvar “ faciəsinə həsr olunmuş dəyirmi masa keçirdi. Məqsəd bu qanlı faciəni şagirdlərə daha dərindən aşılamaq idi. İlk öncə " 20 Yanvar “ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin kitabxana müdiri Alidə Hadıyeva “ 20 Yanvar ” gecəsi baş verən dəhşətli hadisələrdən danışdı. Daha sonra söz 5 ”A ” sinif şagirdlərinə verildi. Şagirdlər “ 20 Yanvar " faciəsi qurbanlarına həsr olunmuş şeirlər söylədilər.
Sonda kitabxanaçı Fəxriyyə Cəfərova da faciə haqqında bir neçə söz söyləyərək bildirdi ki, “ 20 Yanvar “ faciəsi Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Çünki həmin gün insanlar azadlıqları uğrunda mübarizə apardılar, şəhid oldular. Və bu günki gündə şəhidlərimizin qanı yerdə qalmadı.
Allah şəhidlərimizə rəhmət eləsin!