Sevimli nağıl qəhrəmanları
07.01.2022-ci il tarixində 3 “B” - "Sağlam təhsil "sinfi Azərbaycan dili fənnindən şifahi xalq ədəbiyyatının sevimli nağıl qəhrəmanlarını canlandıraraq səhnəcik hazırladılar.İlk öncə müəllim Aytən Ovçuyeva səhnəciyə baxmaq üçün gələn müəllimləri salamladı və sözü şagirdlərə verdi. Sagirdlər " Tıq-tıq xanım "nağılını və " Qırmızı papaq " nağlıını canlandırdılar. Daha sonra isə bu iki nağıl arasında oxşar və fərqli cəhətlər şagirdlərlə qarsılıqlı disskusiya şəklində müzakirə edildi.
Dostluq dedikdə şagirdlər nə başa düşürlər?, onlar üçün əsl dost necə olmalıdır? suallarına öz fikirlərini bildirdilər. Şeirlər və atalar sözləri söylədilər. " Qırmızı papaq " nağılında Qırmızı papağın səhvi müzakirə edildi.
Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, psixoloq Vəfa Ağayeva, UBTR Günay Rəsulova və digər müəllimlər şagirdlərin çıxışlarından məmnun qaldıqlarını söylədilər və gələcək dərslərində uğurlar arzu etdilər.