" 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü "

     30 dekabr 2021-ci il tarixində məktəbin 2 “Ə” sinfində " 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü " münasibətilə tədbir keçirilib.

      Tədbiri müəllim Aygün Dadaşova çıxış sözü ilə açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 2 “Ə” sinif şagirdi Murad Musazadə məlumat verdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edib. Hazırda dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz tərəfindən bu bayram böyük rəğbət və ruh yüksəkliyi ilə qeyd olunur. Keçirilən tədbirə şagirdlərin ifasında səsləndirilən vətənpərvər ruhda yazılmış şeir və mahnılar rəngarənglik qatıb. İxtiyar  İsmayılov  taekvando, Səid Abbasov isə cüdo üzrə müxtəlif fəndlər nümayiş etdirdilər. Tağı Hüseyn 44 günlük vətən müharibəsi zamanı şəhid olmuş dayısı İbrahimov İsrafil Zülfüqar oğlu haqqında məlumat verdi. Müəllim Aygün Dadaşova  2021-ci il ərzində 2 “Ə“ sinif kollektivinin həmrəyliyindən bəhs edən video-çarx nümayiş etdirdi.

     Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, uşaq birliyi təşkilatı rəhbəri Günay Rəsulova və kitabxanaçı Fəxriyyə Cəfərova çıxış edərək şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi