“First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı keçirilib

    

    Dekabrın 18-də ADA Universitetində Təhsil Nazirliyi və "Edumedia" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı keçirilib. Yarışda məktəbimiz "Phoenix" komandası ilə iştirak edib.  Bu il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanır.

     FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə iştirak edərək gələcək elm insanları və mühəndislər üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.

     Turnirdə 10-16 yaşlı məktəblilərdən ibarət 28 komanda “Əsas dəyərlər”, “Robot oyunu” adlı 2 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Məktəbimizi turnirdə məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı və tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynovun  rəhbərliyi altında X-XI sinif şagirdləri Asim Alekberov, Elnur Balışov, Aydın Əliyev, Emil Rzayev  təmsil ediblər. Yarışda iştirak edən məktəbimizin şagirdləri medal və sertifikatlarla təltif olunublar.

      Yarışdan sonra məktəbin direktoru Elçin Abdullayev şagirdləri təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi