“ Zəfər çələngi ” layihəsi üzərində iş

   10.12.2021-ci il tarixdə məktəbin  2 “Ə” sinfində Həyat bilgisi fənnindən mövzu “ Zəfər çələngi ” layihəsi üzərində iş idi.  Layihənin işləndiyi yer sinif otağı idi. Şagirdlər 1,2,3,4 saymaqla qruplara ayrıldılar. İlk öncə İkinci Qarabağ müharibəsi zamanı canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edildi. Müəllim Aygün Dadaşova dərsin birinci mərhələsində məlumat verdi ki,  44 günlük Vətən müharibəsi zamanı bizim hər birimiz Azərbaycan xalqının birliyinin və əzmkarlığının, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun qəhrəmanlığının şahidi olduq. Bütün bunları nümayiş etdirmək üçün “ Zəfər çələngi ” adlı divar qəzeti hazırlayıb sinifdə və məktəbin dəhlizində nümayiş etdirək. Qrup rəngli karandaşlar, yapışqan, 44 günlük Qarabağ müharibəsini əks etdirən şəkillər, vatman kağızı, qayçı və s. ləvazimatlardan istifadə edərək qəzetlərini yaratdılar.

      Müəllim Aygün Dadaşova  bildirdi ki,  İlham Əliyevin imzaladığı 02.12.2020-ci il tarixli sərəncama əsasən, hər il sentyabrın 27-si ölkəmizdə “ Anım Günü “, noyabrın 8-i isə “ Zəfər Günü “ kimi qeyd ediləcək.

    Məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova qrup üzvlərinə ikinci Qarabağ müharibəsindən bəhs edən Zahid Xəlilin “ Dəmir yumruq ” dastanı və Bəhram Bağırzadənin “ Qarabağ Azərbaycandır! ” kitablarını təqdim etdi. Fəxriyyə xanım şagirdlərə bu kitabları oxumağı, daha çox məlumatlanmağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi