12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü

   10 dekabr 2021 – ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Əyləncəli riyaziyyat ”,” Nitq mədəniyyəti ”, İntelekt (rus-dili) dərnəyinin üzvlərinin iştirakı ilə məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş  “ Əbədi Lider ” adlı tədbir keçirilib.

     Tədbirin keçirilməsində məqsəd dərnək üzvlərini Ümummilli Lider Heydər Əliyevin keçdiyi uğurlu həyat yolu ilə tanış etmək, ulu öndərin müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmasından, dövlətimizin maraqlarını qorumasından söhbət açmaq və onu xoş xatirələrlə anmaqdır.

     Tədbirdə “ Əyləncəli riyaziyyat ”, ” Nitq mədəniyyəti ”, İntelekt (rus-dili)  dərnəyinin üzvləri ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, Azərbaycan xalqının həyatındakı müstəsna rolunu özündə əks etdirən şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər və videoçarx göstərilib.

     Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, məktəbin  müəllim və şagird kollektivi iştirak ediblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi