Plastilindən quraşdırma işləri
Kəsmə, yayma, dartma kimi emal növlərindən və bəzəklərdən istifadə edərək müxtəlif heyvan və quş fiqurları hazırlamaq olar. Məktəbin 2 “Ə” sinif şagirdləri texnologiya dərsində böyük həvəslə plastilindən istifadə edərək müxtəlif fiqurlar hazırlayırlar. Onlar qızılgül, kasa və bir sıra heyvan fiqurları, tısbağa, timsah, fil, it, pişik, zürafə və s. düzəltdilər.
Müəllim Aygün Dadaşova monitorda müxtəlif heyvan fiqurlarının və əşyalarının plastilindən necə hazırlanması ardıcıllığını göstərən kadrlar nümayiş etdirərək şagirdlərə plastilinlə iş zamanı köməklik edir.
Dərs zamanı kiçikyaşlı məktəblilərdə birgəfəaliyyət və əməkdaşlıq bacarıqları, tərtibat bacarıqları formalaşır. Onlar iş zamanı müəllimin izahı ilə təhlükəsizlik və gigiyena qaydalarına əməl edirlər.