Oyuncağını bağışla

   " Məktəblinin dostu ” və " İcma əsaslı məktəbəqədər təhsil " layihələrinin təşkilatçılığı ilə " Oyuncağını bağışla ” adlı sosial aksiyaya start verilib.

    Aksiyaya " Məktəblinin dostu ” layihəsinin tərkibində olan 226 ümumtəhsil müəssisəsi qoşulub. Məktəbimiz də bu aksiyaya qoşulan məktəblər siyahısındadır. Məktəbin müəllim və şagird kollektivi aksiyada fəal iştirak edirlər. Aksiyaya əsasən məktəblilərin könüllü şəkildə təqdim etdikləri oyuncaqlar ölkənin müxtəlif regionlarında yaşayan və təhsil alan uşaqlara göndəriləcək.

    Aksiyanın təşkil olunmasında əsas məqsəd məktəblilər arasında sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır. Paylaşılan oyuncaqlar bir-birlərini tanımayan uşaqlar arasında gizli bağ və sevgi yaradacaq.

   Müəllim Aygün Dadaşovanın təşkilatçılığı ilə 2 “ Ə “ sinif kollektivi də bu aksiyada həvəslə iştirak etdilər. Şagirdlər könüllü olaraq müxtəlif tipli oyuncaqlar təqdim etmişlər. Bu onlarda müsbət əxlaqi keyfiyyətlərin formalaşmasına gətirib çıxaracaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi