" Şanlı zəfərimiz " adlı tədbir

  Məktəbin 2 " F " sinfində müəllim Nərmin Məmmədovanın rəhbərliyi ilə 8 Noyabr  “ Zəfər Günü “nə həsr edilmiş "Şanlı zəfərimiz"   adlı tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov  və məktəbin ibtidai sinif müəllimləri iştirak etdilər.

  Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sinif rəhbəri Məmmədova Nərmin şagirdlərə 44 günlük Vətən müharibəsi , şanlı zəfərimiz haqqında,  Qarabağ uğrunda canından keçən  şəhidlərimiz haqqında məlumat verdi. Bu mövzuda video-çarxlar izlənildi. Şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər hazırladıqları məlumatlatı, şeirləri söylədilər, vətənpərvərlik ruhlu mahnılar ifa etdilər.

   Tədbirin sonunda şagirdlər " Qarabağ Azərbaycandır" şüarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi