Şəhidlər ölməz, Vətən bölünməz!

   04.11.2021-ci il tarixində məktəbin müəllimlərinin və şagirdlərinin iştirakı ilə “ Şəhidlər ölməz, Vətən bölünməz ” adlı yürüş keçirildi. Zəfər yürüşündə təlim - tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, Uşaq birliyi rəhbəri Günay Rəsulova və müəllimlər də iştirak etmişdi.  Yürüşə müəllim Aygün Dadaşovanın rəhbərliyi ilə 2 “ Ə “ sinif şagirdləri də qoşulmuşdu. Şagirdlər əllərində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin təsviri olan plakatları tutmuşdular. Onlar böyük qürur və iftixar hissi ilə “ Şəhidlər ölməz, Vətən bölünməz ” deyərək məktəb ətrafında yürüş etdilər. Yürüş idman zalında yekunlaşdı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şəhidlərimizin əziz xatirəsi yad edildi.

     Sonda komandalar arasında yarış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi