“ Qalib Azərbaycanın Zəfər bayramı “

 

     05.11.2021-ci il tarixində məktəbin 1 “ G "  sinfində müəllim Dinar Salmanovanın rəhbərliyi ilə “ Qalib Azərbaycanın Zəfər bayramı “ adlı tədbir keçirilmişdir.

     Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, ibtidai sinif müəllimləri iştirak etdilər. İlk öncə müəllim qazandığımız zəfər haqqında  məlumat verdi. Sonra böyük ruh yüksəkliyi ilə tədbirə hazırlaşan şagirdlər şeirlər, mahnılar səsləndirdilər. Şagirdlərdən  Mələk Abasova və Hüseyn Zeynallı isə "Zəfər" rəqsi edərək iştirak edənlərə xoş təəssürat bağışladılar.

    Tədbirə dəvət olunan, Füzuli-Şuşa istiqamətində döyüşlərdə yaralanan, " Cəsur döyüşçü " , " Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif olunan qazi  Mahir Niyaz oğlu Əmirli döyüş yolu haqqında məlumat verərək vətən sevgisinin bütün sevgilərdən üstün olduğunu vurğuladı.

      Sonda tədbir  "Xudayar təsnifi" ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi