" Zəfər günü "
05.11.2021-ci il tarixində məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova " Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir ” mövzusunda tədbir keçirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış üçün söz 5 ”A ” sinif şagirdlərinə verildi. Şagirdlər işğaldan azad olunan ərazilər haqqında məlumat verdilər və şeirlər söylədilər. Həmin sinfin evdə fərdi təhsil alan şagirdi Nuray Əlizadə isə tədbirə onlayn qoşularaq Ağdam rayonu haqqında məlumat verdi.
Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, UBTR Günay Rəsulova və Azərbaycan dili və ədəbiyyat müəllimi Hicran Qasımova " Zəfər günü " haqqında fikirlərini şagirdlərlə bölüşdülər.
Sonda kitabxanaçı Fəxriyyə Cəfərova şagirdlərimizə tariximizi dəyərləndirməyi, bu tarixdən nəticə çıxarmağı və ölkəmiz üçün nümunəvi vətəndaş olmağı tövsiyyə etdi.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının qisası alındı. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.