Qarabağ Azərbaycandır !

   05.11.2021-ci il tarixində məktəbin rus dili müəllimi Xalidə Əkbərova “ Zəfər günü “ nə həsr olunmuş " Qarabağ Azərbaycandır! " adlı tədbir keçirdi. Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Elvin aslanlı, uşaq birliyi təşkilatı rəhbəri Günay Rəsulova və rus dili müəllimləri iştirak etdilər.

   Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, bizə bu qələbənin sevincini yaşadan şəhidlərin ruhu qarşısında hər zaman borclu olmağımızı onlara xatırlatmaq idi.

    İlk öncə müəllim Xalidə Əkbərova Qarabağ haqqında qısa videoçarx nümayış etdirdi. Sonra şagirdlər rus dilində Qarabağa həsr olunmuş şeirlər söylədilər, rayonlar haqqında geniş və ətraflı məlumatlar verdilər. Zəngin və maraqlı keçən tədbirdə şagirdlərin çıxışları bəyənildi, rus dili bilikləri qiymətləndirildi.

   Sonda Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarovun ifasında “ Azərbaycan “ mahnısı səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi