8 noyabr - " Zəfər Günü "dür

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 8 noyabr - " Zəfər Günü "nün qeyd edilməsi ilə bağlı əmr imzalanıb.

    Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa”lar, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulub. Bu məqsədlə məktəbin ibtidai siniflərinda “Zəfər tarixi”-mizlə bağlı açıq dərslər keçirildi.

    05.11.2021-ci il tarixində məktəbin 1 “ F “ sinfində müəllim Aynur Abdullayevanın təşkilatçılığı ilə ilk dərs “ Zəfər günü “- nə həsr olundu. Müəllim 44 gün davam edən müharibə haqqında şagirdlərə məlumat verdi. Və bu 44 gün ərzində Şanlı Azərbaycan Ordusunun necə şücaət göstərməsi haqqında danışdı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün nə qədər igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi