Səhər və nahar süfrəsinin tərtibi

      02.11.2021-ci il tarixində məktəbin 2 “Ə” sinfində texnologiya fənninin mövzusu “Səhər və nahar süfrəsinin tərtibi” idi. Dərsin məqsədi yemək süfrəsinin növlərinə uyğun olaraq qabları və alətləri seçmək, səhər və nahar süfrələrini tərtib edə bilməkdir.

Müəllim Aygün Dadaşova ekranda səhər və nahar süfrələrinə aid slaydlar nümayiş etdirmiş, istifadə olunan yemək ləvazimatları haqqında məlumat vermişdir. Müəllim qeyd etdi ki, hər bir yemək süfrəsinin ayrılıqda öz ləvazimatları vardır. Lakin bütün süfrələrdə nimçə, qaşıq, çəngəl, bıçaq, ədviyyat, kağız salfet, fincan və ya stəkan olmalıdır. Şagirdlər ev tapşırığı olaraq hazırladıqları səhər və nahar süfrələrini fotolar vasitəsilə təqdim etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi