"Qənaətcillik" mövzusunda açıq dərs keçirildi

     28.10.2021-ci il tarixdə məktəbin 3 “D” sinfində Azərbaycan dili fənnindən "Qənaətcillik" mövzusunda açıq dərs keçirildi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həqiqət Gülalıyeva, Aynur Ağayeva və ibtidai sinif müəllimləri iştirak etdilər. Dərsin məqsədi şagirdlərə qənaətcil olmağı, israfçılıq etməyin yaxşı xüsusiyyət olmadığını öyrətmək idi .Elektron resurslardan istifadə edilərək keçirilən dərsdə şagirdlər fəal iştirak etmiş, mövzu ətrafında geniş müzakirələr etmiş, verilən tapşırıqları düzgün yerinə yetirmiş və həyatdan nümunələr gətirməklə yeni mövzunu mənimsədiklərini nümayiş etdirmişlər. Dərs boyu qarşıya qoyulan məqsədlər reallaşdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi