Gündəliyin tərtibi

     28.10.2021-ci il tarixində məktəbin 2 “Ə”  sinfində Azərbaycan dili dərsinin mövzusu “ Gündəliyin tərtibi ” idi. Müəllim Aygün Dadaşova şagirdlərə mövzu ilə əlaqəli gündəlik tərtib etmələrini tapşırdı. Onlar böyük həvəslə tapşırığı yerinə yetirdilər.

     Müəllim ilk öncə gündəliyin tərtibi üzrə təlimat verdi. Təlimata əsasən, tarix və həftənin günü qeyd olunmalı, həmin gün baş vermiş hadisələri xatırlayıb, bu barədə düşüncələrini yazmalı idilər.

    Mövzunun maraqlı və cəlbedici olması məktəblilərin bu işə səylə və sevgi ilə yanaşmalarına səbəb oldu. Onlar asudə vaxtları və yaddaqalan ən xoş günləri haqqında gündəlikdə qeydlər etdilər. Şagirdlər öz fantaziyalarına uyğun olaraq gündəliklərini rəngarəng bəzəmişdilər.

   2 “Ə” sinif kollektivinin hər bir üzvü öz qeydlərini bir-bir təqdim etdilər. Sonda müəllim Aygün Dadaşova şagirdləri maraqlandıran sualları cavablandırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi