" Özümüzə xidmət edək, sağlamlığımızı və ətraf mühiti qoruyaq " mövzusunda açıq dərs

    27.10.2021-ci il tarixində məktəbin 4 “C" sinfində texnologiya fənnindən müəllim  Həcər Məmmədovanın rəhbərliyi ilə " Özümüzə xidmət edək, sağlamlığımızı və ətraf mühiti qoruyaq " mövzusunda açıq dərs keçirildi. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri iştirak etdilər.  Dərsin məqsədi təmizliyə riayət etməyi, sağlamlığımızı və ətraf aləmi qorumağın yollarını daha geniş şəkildə öyrənmək və öyrətmək idi. Elektron resurslardan istifadə edərək keçirilən dərsdə şagirdlər fəal iştirak etmiş və tapşırıqları həvəslə yerinə yetirmişlər. Şagirdlər qruplarla iş zamanı müstəqil tədqiqat aparıb, əhatəli təqdimatlar etmişlər. Dərs boyu qarşıya qoyulmuş məqsədlər reallaşdırılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi