“ Yaşıl karandaş “ mövzusunda açıq dərs
26.10.2021-ci il tarixində məktəbin 3 “A” sinfində Ana dili fənnindən “ Yaşıl karandaş “ mövzusu çərçivəsində açıq keçirildi. Dərsdə Əsl dost necə olmalıdır? - sualı ətrafında müzakirələr aparıldı. Şagirdlər dərs zamanı fəal iştirak etdilər, qruplarla iş apardılar. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Ağayeva və metodbirləşmə sədri Sədaqət İsmayılova da iştirak etdilər. Sonda müəllim Kifayət Axundova şagirdləri fəal iştirakına görə qiymətləndirdi. Dərs maraqlı və yadda qalan keçdi.