“ Nəqliyyat vasitələri “ mövzusunda dərs

     22.10.2021-ci il tarixində məktəbin 2 “Ə” sinfində həyat bilgisi fənnindən müəllim Aygün Dadaşovanın rəhbərliyi ilə “ Nəqliyyat vasitələri “ mövzusu geniş şəkildə keçirildi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, ibtidai sinif müəllimləri Gülnaz Əhmədova və Zümrüd Hüseynova iştirak etdilər. Dərsin geniş keçirilməsində məqsəd kiçikyaşlı  məktəblilərə nəqliyyat vasitələrindən istifadə zamanı davranış qaydalarını aşılamaq, yol hərəkəti qaydalarına əməl etməyin təhlükəsiz həyat üçün vacib olduğunu izah etməkdir. Dərs kollektivlə iş formasında həyata keçirildi. Şagirdlər hazırladıqları layihələri təqdim etdilər. Müəllim Aygün Dadaşova ilk öncə nəqliyyat vasitələrindən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməyi söylədi. Çünki təhlükəsizlik qaydaları həyatımız üçün çox önəmlidir. Daha sonra yol nişanları haqda məlumat verdi. Yol nəqliyyat hadisələrində baş verən qəzalar haqda animasiyalar nümayiş etdirdi. Şagirdlər çox fəal iştirak etdilər. Sonda fikirlər ümumiləşdirildi və nəticədə qaydaların təhlükəsizliyimiz üçün vacibliyi qərara alındı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi