STEAM layihəsi çərçivəsində şagirdlərin Qarabağ müharibəsinə həsr etdikləri əl işləri

     XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərində STEAM proqramı tətbiq olunur. Məktəbimizdə də bu proqram keçirilir. Şagirdlər müxtəlif layihələr hazırlayaraq nümayış etdirirlər. STEAM layihəsi şagirdlərdə düşüncə və təfəkkürü daha da dərindən formalaşdırır. Bu baxımdan şagirdlər birgə işlədiyi vaxt verilən alətlərlə prototiplər yarada bilir. Bu dəfə ki STEAM dərsi zamanı isə şagirdlər hazırladıqları layihələri 44 gün davam edən İkinci Qarabağ müharibəsinə həsr etdilər. 30 il düşmən tapdağı altında olan abidələrimizi STEAM dərsində hazırladılar. Və bununla sübut etdilər ki, tarixi torpaqlarımız və abidələrimiz bizimdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi