18 Oktyabr - Müstəqilliyimizin yenidən bərpası

   18.10.2021 ci il tarixində məktəbin 3 “ B "Sağlam təhsil " sinfində Azərbaycan dili dərsi  Müstəqillik Gününə həsr olundu. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini  Aynur Ağayeva və digər ibtidai sinif müəllimləri iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra müəllim Aytən Ovçuyeva hazırladığı videoçarxı nümayiş etdirdi. Müstəqillik Günü haqqında Azərbaycan xalqının keşməkeşli həyat yolu haqqında məlumat verdi. AXC dövründən bu yana xalqımızın həyat  yolundan danışdı. Şagirdlər hazırladıqları şeirləri əzbər söylədilər. Məlumatları oxudular.

    Sonda direktor müavini şagirdlərə öz məsləhətlərini verdi. Vətənimizə layiqli övlad olmaq üçün daim dərslərimizi yaxşı oxumalı olduqlarını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi