18 Oktyabr- Müstəqilliyin yenidən bərpası günü

   18.10.2021-ci il tarixində məktəbin  2 “ Ə “  sinfində Müstəqillik Günü qeyd edildi. İlk öncə Dövlət Himni hamı tərəfindən oxundu. Daha sonra müəllim Aygün Dadaşova  “ 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ” haqqında məlumat verdi. Müəllim bildirdi ki, Müstəqilliyin Bərpası Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.            

    Şagirdlər bir-bir Cəbrayıl, Şuşa, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının tarixləri və dövlətimizin müstəqilliyini bərpa etmək üçün keçdiyi dövrləri haqqında məlumat verdilər. Onlar Azərbaycan mövzusuna aid şeirlər söylədilər. Aygün müəllimə də Abbas Səhhətin “ Vətən ” şeirini böyük sevgi və ehtiramla səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi